Bunları etmək sadəcə vaxt itkisidir – 5 davranış | Banco.az

Bunları etmək sadəcə vaxt itkisidir – 5 davranış

Sonuncu dəfə nə vaxt sosial media vasitələrində həyatınızı yaxşıya doğru dəyişdirəcək bir şeyə rast gəlmisiniz?

Yenə də yorucu iş gününün sonunda geriyə baxıb, “Vaxt nə tez keçir?” deyə düşünə bilərsiniz. Ancaq əksərən vaxtınızın böyük bir qismi vacib işlər əvəzinə, diqqətinizi dağıdan kiçik şeylərə sərf edilir.

Həmçinin oxu: Oturaq işdən uzaq durmağınız üçün 8 səbəb

Vaxtınızdan düzgün istifadə etməyiniz vacibdir. Çünki düzgün vaxt bölgüsü işlərinizdə uğur qazanmağınıza da təsir göstərəcək. Vaxtdan düzgün istifadə edərək məhsuldarlığınızı artırmağınız, işdən sonra etmək istədiyiniz şeylərə (ailə və dostlarla vaxt keçirmək, hobbinizlə məşğul olmaq və ya nəzərdə tutduğunuz bir layihə üzərində işləmək) daha çox vaxt ayırmaq imkanı yaradar.

Beləliklə, vaxt itkisinə səbəb olan aşağıda qeyd edilən 5 davranışdan imtina etdiyinizdə, uğura gedən yolda doğru addım atmış olacaqsınız və işinizdən geriyə qalan vaxtınız sizi təəccübləndirəcək.

1. Eyni vaxtda bir çox işlə məşğul olmaq

Eyni anda bir çox işlə məşğul olmaq məhsuldarlığınızı azaldır. Çünki insan beyni eyni anda birdən artıq işlə məşğul olmağa uyğun formalaşmamışdır. Beyniniz iki iş arasında qaldığı zaman yavaşlamalı olacaq ki, bu da birbaşa nəticəyə təsir göstərəcək. Yekunda iki işə də bütün diqqətinizi yönəldə bilmədiyiniz üçün ikisi də tamamilə hazır olmayacaq. Müəyyən müddət ərzində sadəcə bir iş üzərində işləmək daha yaxşı nəticə verəcəkdir.

2. E-poçt mesajları

E-poçt mesajlarını oxumaq vaxtınızı aparan əsas işlərdən biridir. Yeni mesaj bildirişi ilə bütün diqqətiniz dağılır. Xüsusilə də lazımsız mesajlara cavab yazaraq və ya daxil olan mesajlar qutusunda nizamsız şəkildə yığılmış saysız-hesabsız e-poçtlar arasından lazımlı olanları axtarmağa da vaxt itirirsiniz.

E-poçt mesajlarını oxumaq üçün özünüzə dəqiq bir vaxt müəyyənləşdirin. Məsələn, səhər erkən saatlarda və ya günortadan sonra və s. Günün ən vacib işini həll etmədən mesajları yoxlamayın.

3. Sosial şəbəkələrdən lüzumsuz istifadə

Ən sərfəli kredit üçün müraciət et

Sosial media vasitələri şəxsi məqsədlər üçün istifadə edildiyi zaman diqqətinizin dağılmasına gətirib çıxara bilir. Bununla yanaşı iş saatları daxilində sosial şəbəkələrdən istifadə vaxt itkisinə səbəb olur. Sosial media vasitələrindən biznes məqsədli istifadə edilməsi isə təbii ki, istisna təşkil edir.

Həmçinin oxu: 2018-ci ilin ən yaxşı TED çıxışları

4. Vacib olmayan iclaslar

Məlumat mübadiləsi və mühüm qərarların qəbul edilməsi baxımından iclaslar əhəmiyyət kəsb edə bilər, ancaq əksər hallarda bu iclaslar vaxt itkisindən başqa bir şey deyildir. Burada əsas problem təkcə lazımsız iclaslarda keçən vaxt deyil, həmçinin bu iclaslara hazırlıq mərhələsində və iclasların vaxtının şirkətin işçilərinə xəbər verilməsi məqsədilə onlara e-poçt mesajlarının göndərilməsi və oxunulması əsnasında yaşanılan vaxt itkisidir.

Həmçinin oxu: İclasların 99 %-i pul israfıdır

Aparılan araşdırmalara görə, qeyri-məhsuldar iclaslara il ərzində 37 milyard dollar pul sərf edilir.

5. Nizamsız iş mühiti

İş masanız qeyd kağızları ilə doludurmu? Kompüterin iş stolunda qeyri-ixtiyari açılmış vacib olmayan saysız-hesabsız sənədlər varmı? Sənədlər qovluğunda həddindən artıq kağız və sənədlər varmı? Əgər belədirsə, bu nizamsızlıq sizə lazım olanları axtardıqda böyük vaxt itkisi yaşamağınıza gətirib çıxaracaq. Odur ki, iş mühitini nizama salın və beləliklə vaxtınıza qənaət etmiş olacaqsınız.

Həmçinin oxu: Daha məhsuldar olmaq üçün bu əşyalar iş stolunda ƏSLA olmamalıdır

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et