“Bank of Azerbaijan” ASC aktivlərinin həcmi 2013-ci il iyunun 1-nə 325.8 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% çoxdur. Bankın nizamnamə kapitalı isə 50 mln. manat təşkil edib.Həmçinin, əhalinin əmanətləri 85.2 mln. manata çatmışdır. Bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 75% artaraq 296.9 mln. manat təşkil etmişdir.Müvafiq dövr üzrə “Bank of Azerbaijan” ASC-nin gəlirləri artmışdır. Belə ki, Bankın faiz gəlirləri 15.2 mln. manata, qeyri-faiz gəlirləri isə 2.99 mln.
AtaBank növbəti təcili pul köçürmələri sisteminə qoşulub
AtaBank Lider sistemi üzrə pul köçürmələrini təqdim edərək, təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib.
“Amrahbank”ın Qara Qareyev filialı yeni ünvanda
Müştərilərinə göstərilən bank xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, onlarla qarşılıqlı potensial əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərindən olan “Amrahbank”ın Qara Qaryev filialı artıq yeni ünvanda, Şirin Mirzəyev küçəsi 58 ünvanında fəaliyət göstərəcək.
Müştərilərin rahatlığı baxımından daha münasib yerdə yerləşən Qara Qarayev filialı təqribən 550 kv. metr sahəni əhatə etməklə, xüsusi tikilmiş iki mərtəbəli binada fəaliyət göstərəcəkdir.
AccessBank 60 milyon ABŞ dolları məbləğində kredit cəlb edib
AccessBank Niderland İnkişaf Bankından (FMO) 60 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bankın kreditorları qismində çıxış edən OeEB – Avstriya İnkişaf Bankı və PROPARCO – Fransa İnkişaf Bankı bu sövdələşməyə qoşularaq sazişin iştirakçısı oldular. Bu sövdələşmə AccessBank-ın 10 illik fəaliyyəti dövründə beynəlxalq konsorsiumdan cəlb etdiyi ən böyük təkrar maliyyələşdirmə paketidir.Bu kredit AccessBank-a mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirməyə kömək edəcək.
Unibankdan endirimli peşə krediti
DəmirBank-da əhalinin əmanətləri 18,1% artıb
DəmirBank-ın aktivləri 1 iyun 2013-cü il tarixinə 379,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,9 mln. manat çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 8,9 mln. manat və ya 3,2% artaraq 284,3 mln. manatı keçib.
“Bank of Baku”-dan yenilik!
UNİBANK KARTLARI SMS -XİDMƏTƏ QOŞULUB
TuranBankın "21-cilər" aksiyası: Hər 21-ci müştəriyə 100 manatlıq MasterCard hədiyyə!
12 iyun 2013-cü il tarixində TuranBankın 21 yaşı tamam olur. Bu münasibətlə bank müştəriləri üçün hədiyyəli kampaniya keçirir. 12 iyun - 12 iyul tarixlərini əhatə edəcək aksiya ərzində bankın Xurcun, Sandıqca, Qızıl Küpə, Xəzinə və Dəfinə əmanət növlərinə minimum 2100 AZN yerləşdirmiş hər 21-ci depozit müştərisinə və 2100 AZN-dən 10000 AZN-dək istehlak krediti əldə edən hər 21-ci kredit müştərisinə 100 AZN məbləğ mədaxil edilmiş MasterCard Standard plastik kartı hədiyyə ediləcək.
Azərbaycan Beynəlxalq Bankı yeni aksiya keçirir
Azərbaycan Beynəlxalq Bankı «Visa» beynəlxalq ödəmə sistemi ilə birlikdə «Visa ilə həyat daha asandır» aksiyası keçirir.