12 iyun 2013-cü il tarixində TuranBankın 21 yaşı tamam olur. Bu münasibətlə bank müştəriləri üçün hədiyyəli kampaniya keçirir. 12 iyun - 12 iyul tarixlərini əhatə edəcək aksiya ərzində bankın Xurcun, Sandıqca, Qızıl Küpə, Xəzinə və Dəfinə əmanət növlərinə minimum 2100 AZN yerləşdirmiş hər 21-ci depozit müştərisinə və 2100 AZN-dən 10000 AZN-dək istehlak krediti əldə edən hər 21-ci kredit müştərisinə 100 AZN məbləğ mədaxil edilmiş MasterCard Standard plastik kartı hədiyyə ediləcək.
Azərbaycan Beynəlxalq Bankı yeni aksiya keçirir
Azərbaycan Beynəlxalq Bankı «Visa» beynəlxalq ödəmə sistemi ilə birlikdə «Visa ilə həyat daha asandır» aksiyası keçirir.
“Bank of Baku”-nun “Şirvan” filialı fəaliyyətə başladı!
Azərbaycanın regionlarında artan müştəri kütləsinə çevik xidmət göstərmək məqsədi ilə “Bank of Baku”-nun Şirvan şəhərində ( keçmiş Əli Bayramlı) eyni adlı filialı fəaliyyətə başlayıb.
Yeni fi
Kapital Bankın rəhbərliyində dəyişikliklər
10 iyun 2013-cü il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir. Toplantıda Kapital Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilmişdir.
UNİBANK NAĞDSIZ ÖDƏNİŞLƏR ÜZRƏ LİDERDİR
Unibankda nağdsız ödənişlər tarixi maksimuma çatıb. Nağdsız ödənişlər üzrə Mərkəzi Bankın aylıq hesabatında Unibank KB ASC 1-ci yerdədir. Sonuncu hesabata əsasən, ay ərzində ölkə bankları içərisində ən çox ödəniş Unibankın POS-terminallarında və bankomatlarında aparılıb. Ay ərzində aparılan 87 087 nağdsız ödənişlərdən 86 mindən çoxu POS-terminalların, 1000-dən artığı isə bankomatların payına düşür.
DəmirBank “Yay tətili kreditləri” aksiyası üzrə müştərilərə əlavə kredit təklif edir
“Yay tətili kreditləri” aksiyası üzrə DəmirBank-dan 10000 AZN-dək biznes və ya istehlak kreditləri almış və aktiv kredit borcu olan müştərilər əlavə paralel kredit ala bilər. Şərtlərə görə müştərinin krediti 5 000 AZN-dək olduqda 1 000 AZN, 5 001 – 10 000 AZN olduqda isə 1 500 AZN əlavə kredit verilir.
TuranBank 01.06.2013 tarixinə məcmu kapitalını 35,2% artırmışdır
2013-cü ilin iyun ayının 1-nə TuranBankın aktivlərinin həcmi, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8%, ilin əvvəli ilə müqayisədə isə 5,3% artaraq 228,6 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli, 2013-cü ilin əvvəli ilə müqayisədə 8,8%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 22,6% artaraq 175,5 mln. manat təşkil etmişdir.
Kapital Bank Beynəlxalq yarışların baş sponsorudur
“Kapital Bank” ASC Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi bütün yarışların baş sponsorudur.
Azərbaycan Beynəlxalq Bankı ölkədə İslam bankçılığının maliyyələşməsi üçün xaricdən 100 mln. dollarlıq kredit cəlb edir
Azərbaycan Beynəlxalq Bankı (ABB) «NBD Capital Ltd.», «Barwa Bank», «J.P. Morgan Ltd.» və «Noor Islamic Bank PJSC» təşkilatlarına ABB üçün «Xammal Mubarah» maliyyələşməsi məqsədilə 100 mln. ABŞ dolları həcmində sindikatlaşmış kreditin cəlb edilməsinə dair səlahiyyət verib. ABB-dən verilən məlumata görə, güzəştlər 18 ay müddətinə verilir.
DəmirBank xaricdən pul köçürməsini banka gəlmədən kartla almaq imkanı təqdim edir
DəmirBank Azərbaycanda ilk dəfə xaricdən pul köçürmələrini banka gəlmədən plastik kartla almaq imkanını təqdim edir. «LİDER» sistemi ilə göndərilən pul köçürmələrini müştərilər DəmirBank-ın bütün kartları, həmçinin bu məqsədlə xüsusi yaradılan LeaderCard kobrend kartı ilə banka gəlmədən ala bilər.