Noyabr ayının 26-da “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirdi.
Pul Köçür və Hədiyyə Qazan !
Dekabr ayından başlayaraq, Fevral ayının sonuna kimi Expressbank-da “Pul köçür və hədiyyə Qazan!“ kampaniyası start götürür. “Zolotaya Korona” pul köçürmələri sistemi vasitəsi ilə, ən azı 5 (beş) pul köçürməsi göndərmiş müştərilər, dəyərli hədiyyələr əldə edəcəklər. Bankın 6 (altı) ən fəal (köçürmələrin sayı və ya dövriyyəsinə görə) müştərisinə Smartfon hədiyyə verilələcək. Kampaniyada yalnız 100 AZN məbləğindən az olmayan pul köçürmələri qeydə alınır.
DəmirBank bankomatlardan və POS terminallardan plastik kartı aktivləşdirmək mümkündür
DəmirBank bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib. Müştəri bankomatda və POS terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir.
Bu imkan bütün kartlara (virtual kartlar istisna) şamil olunub. Tətbiq edilən yenilik plastik kartlar sahəsində müştəri xidməti keyfiyyətinin artırılmasına xidmət edir, belə ki kartın aktivləşdirilməsi artıq avtomatik qaydada həyata keçirilir.
"Zaminbank" əmanət faizlərini artırıb
"Zaminbank" 21 illiyi münasibətilə əmanət faizlərini artırıb.
Bankdan verilən məlumata görə, noyabrın 26-dan dekabrın 26-dək "Zaminbank"da 12 ay müddətinə Azərbaycan manatı və ABŞ dolları ilə yerləşdirilən əmanətlər illik 12%-lə qəbul olunacaq. Müştərilər yerləşdirdikləri məbləğin faizlərini hər ay bank tərəfindən pulsuz təqdim olunan plastik kart vasitəsilə ala biləcəklər.
Expressbank-ın müştəriləri depozitlərini asanlıqla banka gəlmədən artıra bilər
Daima yenilikləri tətbiq edən və müştərilərin rahatlığını düşünən “Expressbank”-ın daha bir yeni xidməti ilə Sizi tanış etmək istəyirik.
Sözügedən xidmət “Onlayn depozit artımı“ adlanır. Bu xidmət vasitəsilə Bankda “Mücrü” tipli depoziti mövcud olan müştəri istənilən plastik kart vasitəsi ilə əmanətin məbləğini artıra bilər. “Mücrü” depoziti, müştərilərə depozit məbləğini istənilən zaman artırma imkanı yaradan, faiz dərəcəsi 12%-dək olan depozit növüdür.
“Bank of Baku” 12 milyon manata yaxın SMS kredit ayırıb!
Bu ilin mart ayından etibarən “Bank of Baku” müştərilərinin istifadəsinə verilmiş SMS kredit layihəsi çərçivəsində toplam 12 milyon manata yaxın kredit ayrılıb. Artıq minlərlə ölkə vətəndaşı öz rahatlığı və çevikliyi ilə seçilən SMS kreditdən faydalanmaqdadır.
YENİ İLDƏ İLK PUL HƏDİYYƏSİNİ ALBALI-dan QAZANIN
Unibank-ın ALBALI kart sahibləri üçün növbəti sürprizi olan “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının bitməsinə 1 ay vaxt qalıb. ALBALI kartı ilə cəmi 10 manatlıq alış-veriş sizə 1000 AZN pul uduşu qazandıra bilər.
“Finca Azerbaijan”a yeni direktor!
Noyabrdan Maniş Sane “Finca Azerbaijan” Kredit təşkilatının direktoru vəzifəsini tərk edib.
Hazırda təşkilatın direktorun vəzifəsini Baş maliyyə meneceri Marko De Natale icra edir.
“Yaxın vaxtlarda rəşkilata yeni direktorun təyin ediləcəyi gözlənilir”,- “Finca Azerbaijan”dan Banco.az-a bildirilib.
Həyatınıza sərbəstlik qatın!
Yeni İl endirimi! 15 000 AZN-dək girovsuz və indi 4 % aşağı!
Hava temperaturunun enməsi ilə faizlər də endi!