Banco.az | Tezliklə

Serbiya 2023-cü ildən Azərbaycan təbii qazını almağı planlaşdırır

Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı nəzərdə tutur. Bu barədə Serbiyanın Enerji naziri Aleksandr Antik Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşü zamanı deyib. O bildirib ki, Bolqarıstandan keçərək Serbiyanı Cənub Qaz Dəhlizinə birləşdirəcək hissənin 2022-ci ildə tamamlanması gözlənilir. Nazir Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropada enerjinin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb.

Azərbaycanca

Bu şəhərə gələn turistlərdən vergi tutulacaq

Ölkənin paytaxtı Buenos-Ayres şəhərinə gəlmək istəyən bütün turistlər bu şəhərdə keçirdikləri hər gecə üçün bundan sonra 1,5 dollar məbləğində vergi ödəməli olacaqlar. Bu təklifi irəli sürən hökumətin əsas məqsədi "Visit Buenos Aires" adlı müəssisə yaradıb, onu maliyyələşdirməkdir. Bu müəssisə açıq cəmiyyət olacaq və beynəlxalq turizmin inkişaf etdirilməsinə məsuliyyət daşıyacaq.

Azərbaycanca

Hollandiyada sökülüb-yığıla bilən ekoloji təmiz ofis inşa edildi - FOTO

Hollandiyada “Triodos Bank” qrupunun yeni ofisi ekoloji dayanıqlılığın bütün prinsiplərinə uyğun olaraq inşa edildi. Əsas material olaraq ağacdan istifadə edilib, tikinti üçün 165 mindən çox vint lazım olub. Bina gələcəkdə söküləcəyi təqdirdə başqa bir yerdə yenidən yığıla bilər. Yaxud da materiallardan istifadə edilərək tamamilə yeni bir şey ərsəyə gətirilə də bilər.

Azərbaycanca

Türkiyədə inflyasiya yenidən ikirəqəmli səviyyəyə yüksəlib

Türkiyədə istehlakçı qiymətləri indeksi (inflyasiya) Noyabrda illik müqayisədə 8.55%-dən 10.56%-ə yüksəlib, aylıq müqayisədə isə 0.38% artıb.

Beləliklə ölkədə illik inflyasiya yenidən ikirəqəmli səviyyəyə yüksəlib. 

Azərbaycanca

ABŞ-dan Fransaya cavab - MƏHSULLARINA VERGİ TƏTBİQ EDİR

ABŞ, Fransanın Google, Apple Inc., Facebook Inc. və Amazon.com Inc. kimi ABŞ-ın böyük texnologiya şirkətlərinə tətbiq etdiyi virtual xidmət vergisinə cavab olaraq 2.4 milyard dollarlıq Fransa məhsullarına gömrük tərifi tətbiq edəcəyini açıqlayıb.

Azərbaycanca

Alimlər yeniyetmələrdə smartfon asılılığını araşdırdılar – Nəticələr ürəkaçan deyil

Yeniyetmələrin dörddə birində smarfondan asılılıq müşahidə edilir: smartfondan uzaq qalmaq onlarda psixoloji diskomfort yaradır. Yeniyetmələr əsəbi olurlar və təşvişə düşürlər. Bundan başqa, bu uşaqlar ekran qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər.

Azərbaycanca

Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Cari il dekabrın 3-dək fonda 105 milyon 197 min 683 manat, 213 min 578 ABŞ dolları, 17 min 566 avro və 5000  rubl vəsait daxil olub.

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:30-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

"ABŞ və Çin arasında razılaşma olmazsa Tramp gömrük vergilərini artıracaq"

ABŞ-ın Ticarət naziri Wilbur Ross, ticarət razılaşması olmasa 15 Dekabrda gömrük tariflərinin yüksəldiləcəyini deyib. 

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,48 ABŞ dolları və yaxud 0,72% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,69 dollar təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »