2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 16 milyard 929,3 milyon manat olub.
Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?
2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 16 milyard 929,3 milyon manat olub.
Hindistanın Uttar-Pradeş ştatında günəş enerjisinin ticarəti üçün blokçeyn platforması sınaqdan keçirilir.
Blokçeyn sistemi qonşulara bir-birlərinə günəş panelləri tərəfindən istehsal olunan artıq elektrik enerjisini satmağa imkan verəcək.
Dolların qiymətlərində müşahidə edilən bahalaşma zəif qiymətləndirilir və ucuzlaşma proqnozları üstünlük təşkil edir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ABŞ-Çin arasında ticarət sazişinin imzalana biləcəyi ilə bağlı ümidlərin artması fonunda bahalaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,08 ABŞ dolları və yaxud 3,15% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,16 dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankı 05 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Dekabrın 5-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8841 manat,1 türk lirəsi 0,2955 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5755 manat civarındadır.
Kənd Təsərrüfatı Nazirliyinin «Aqrar Tədarük və Təchizat» şirkəti iş adamlarına «Kənddən Şəhərə» mağazalarının franşizasını təklif edir.
“Instagram”da xidmətin keyfiyyətini artırmaq üçün sosial şəbəkədə qeydiyyatdan keçərkən istifadəçidən yaşını qeyd etmək tələb olunacaq.
Bu barədə “Instagram” sosial şəbəkəsinin yaydığı məlumatda deyilir.
Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) yığıncağı başlayacaq.
Sabah isə 14 üzvlü OPEC ilə bərabər OPEC-ə üzv olmayan 10 ölkənin birgə yığıncağı keçiriləcək. OPEC-ə Səudiyyə Ərəbistanı, OPEC-ə üzv olmayan müttəfiqlərinə isə Rusiya başçılıq edir.
Turan Bank yeni kart məhsulu olan MasterCard Universal kartını təqdim etdi.
İngilis istehsalçıları XJ Collection Special Edition adlı yeni xüsusi versiyanın meydana çıxması ilə əlaqədar Jaguar XJ sedan xəttinin buraxılışını başa çatdırmaq niyyətindədirlər.