Banco.az | Tezliklə

Ən çox işsiz şəxs hansı rayondadır?

Bakı şəhərində məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin və işsizlikdən sığorta ödənişi alanların sayı açıqlanıb. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2019-cu il oktyabrın 1-dək 29 min 740 nəfər işsiz kimi qeydiyyata alınıb. Onların çox hissəsi Suraxanı rayonunun payına düşüb - 5 min 346 nəfər. Sabunçuda isə 4 min 77 nəfər işsiz qeydə alınıb. Ən az işsiz şəxsin qeydə alındığı rayon isə Pirallahı olub – 343 nəfər.

Azərbaycanca

Bakıda orta aylıq əməkhaqqı və muzdlu işçilərin sayı artıb

2019-cu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 min 876 nəfər artaraq 773 min 647 nəfərə çatıb. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Ən çox işçi sayı Nəsimi rayonunda qeydə alınıb - 166 min 894 nəfər. Ən az muzdlu işçi isə Pirallahıda olub. Bu rayonda onların sayı 7 min 862 nəfər təşkil edib.

Azərbaycanca

Maliyyə sektoruna kredit qoyuluşu son bir ildə 16 faiz artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanın maliyyə sektoruna kredit qoyuluşunun həcmi 293,2 mln. manat təşkil edib. Son bir ayda maliyyə sahəsinə kredit qoyuluşu 4,9 mln. manat və ya 1,7 faiz artıb.

Azərbaycanca

Debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 48 faiz artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1,911 mlrd. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,4 faiz artıb. Debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi ilin əvvəlindən 4,1 faiz, son bir ildə isə 35,4 faiz artıb.

Azərbaycanca

Paytaxtın qida sənayesi istehsalında 30 faizə yaxın artım müşahidə edilib

Bu ilin 9 ayında Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 975,2 milyon manat dəyərində məhsul istehsal olunub. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,4 dəfə, içki istehsalında 34,2 faiz, qida məhsullarının istehsalında isə 27,5 faiz artım müşahidə edilib.

Azərbaycanca

Bazar iqtisadiyyatı şəraitində dövlət sektorunun payı mümkün qədər minimum səviyyəyə endirilməlidir

Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar nəticəsində gömrük və vergi orqanları tərəfindən cari ilin yanvar-sentyabr aylarında büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edilib.

Azərbaycanca

"Kölgə iqtisadiyyatı" ilə mübarizədə nağdsız ödənişlər önə çıxır

Elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması "kölgə iqtisadiyyatı"nı qidalandırır. Ona görə də "kölgə iqtisadiyyatı" ilə effektiv mübarizə aparılması üçün nağdsız ödənişlərin həcminin artırılmasına ehtiyac var.

Azərbaycanca

Avropa İttifaqı: "Çirkli pulların yuyulmasına qarşı xüsusi tənzimləyici yaradılacaq"

Avropa İttifaqı təşkilata üzv ölkələrin banklarının mərkəzində olduğu və mövcud tənzimləyicilər tərəfindən vaxtında aşkar edilməyən bir sıra qalmaqallardan sonra çirkli pulların yuyulması ilə məşğul olacaq xüsusi tənzimləyicinin yaradılması imkanlarını nəzərdən keçirir. Bu barədə "Financial Times" qəzeti dekabr ayında Aİ ölkələrinin maliyyə nazirləri tərəfindən müzakirə ediləcək sənəd layihəsinə istinadən yazıb.

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

Sony "PlayStation"ə DAVAM EDİR

Əvvəllər mütəxəssislər PlayStation 5-in adi oyun konsollarının son nəslinə çevriləcəyini düşünürdülər, çünki GeForce Now kimi xidmətlər onların populyarlığını "öldürməli idi".

Ancaq Yaponiyadan gələn son məlumatlara görə, Sony PS 5-dən sonra konsol istehsal etməyə davam edəcək.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »