Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ İstehsalçı Qiymət İndeksi (İQİ) proqnozlara uyğun gəlməyib.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi iyun ayına dair istehsalçı qiymətləri indeksinin (İQİ) göstəricilərini açıqlayıb.
Məlumata əsasən, iyun ayında İQİ əvvəlki ayla müqayisədə 0,3 faiz azalıb. Beləliklə, istehsalçı qiymətlərində ötən ilin avqust ayından bəri ilk dəfə aylıq azalma qeydə alınıb.
Bazar iştirakçıları istehsalçı qiymətlərinin aylıq müqayisədə dəyişməyəcəyini gözləyirdilər. Xatırladaq ki, may ayında İQİ aylıq ifadədə 0,6 faiz artmışdı.
İllik müqayisədə isə istehsalçı qiymətləri iyun ayında 5,5 faiz artıb. Analitiklər bu göstəricinin 6,2 faiz olacağını proqnozlaşdırırdılar. May ayında isə illik istehsalçı inflyasiyası 6 faiz səviyyəsində qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
