Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın aerokosmik şirkəti "Boeing Co." ilin birinci yarısında təyyarə tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12% artırıb.
Banco.az xəbər verir ki, şirkət mətbuat açıqlamasında bildirib ki, 2025-ci ilin yanvar-iyun aylarında 280 təyyarə ilə müqayisədə 314 kommersiya təyyarəsi tədarük edib.
İyun ayında "Boeing" 64 təyyarə təhvil verib.
Şirkətin iyun ayının sonunda ümumi sifariş həcmi 6.202 min təyyarə təşkil edib.
Ötən ay "Boeing" 121 təyyarə üçün sifariş alıb. İlin əvvəlindən bəri sifarişlər 445 təyyarəyə çatıb və ləğvlər və digər dəyişikliklər də daxil olmaqla sifarişlərin ümumi sayı 386-ya çatıb.
