Bu ilin sonunadək Azərbaycanın poçt rabitə operatoru olan “Azərpoçt” MMC təmassız kartlar emissiya edəcək.
Bu barədə müəssisədən bildirilib.
Bu ilin sonunadək Azərbaycanın poçt rabitə operatoru olan “Azərpoçt” MMC təmassız kartlar emissiya edəcək.
Bu barədə müəssisədən bildirilib.
22 oktyabr 2019-cu il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər və tənəzzül ehtimalları müxtəlif şirkətlərin birləşməsi, satın alınması ilə bağlı sövdələşmələri azaldıb.
Məlumata görə, bu il sözügedən sövdələşmələrin ümumi dəyərinin 2,8 trilyon dollar, gələn il isə 2,1 trilyon dollar təşkil edəcəyi gözlənilir.
Bir ay ərzində cari və potensial mikromaliyyə müştərilərinin maliyyə savadlılığının artırılmasını nəzərdə tutmaqla artıq altıncı ildir ki, keçirilən DÜŞÜN, BORC AL! Kampaniyası bu il də oktyabr ayı boyunca davam edir.
Azərbaycan Aşqabadda keçirilən "Türkmənistan nefti və qazı-2019" beynəlxalq sərgi və konfransında iştirak edir.
"Turkmenneft" dövlət konserninin təşkil etdiyi sərgi-konfrans bu gün başlayıb.
İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı zavodunun inşası gələn il başa çatacaq.
Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş növbəti iqtisadi müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,2% azalaraq 1 barelə görə 58,84 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında dekarda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,24% azalaraq 53,38 dollar olub.
Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan Bank Respublika və Uber əməkdaşlığa başlayıblar. Bu saziş Uberin ödəniş əməliyyatlarının daha rahat və etibarlı şəkildə həyata keçirilməsinə və xidmətin effektiv inkişaf etməsinə imkan verəcək.
Gələn il əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır.