Banco.az | Tezliklə

Sosial şəbəkələrdə kriptovalyuta haqqında rəylər

“Comparitech Limited” şirkətinin apardığı araşdırmaya görə, kriptovalyutalar və kriptovalyuta bazarı xəbərləri haqqında verilmiş şərhlərin 85,5% -i müsbətdir. 

Azərbaycanca

Ölkələr arasında təcrübə mübadiləsi birgə işin xeyrinədir

Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclas keçirilib. Müsahibimiz tədbirin qonağı, Litva Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin baş mütəxəssisi Coana Lileikedir.

Azərbaycanca

İşçilərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edilməsi halları aşkar edilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən monitorinqlərin sayı açıqlanıb.

Azərbaycanca

2019-2021-ci illərdə Azərbaycanın aqrar sektorunun artacağı proqnozlaşdırılır

Dünya Bankı Azərbaycanda aqrar sektorun artım tempi üzrə üçillik proqnozunu açıqlayıb. Bankın proqnozlarına əsasən, 2019-2021-ci illər ərzində kənd təsərrüfatı sektorunda məhsul istehsalı tədricən artacaq. Belə ki, 2019-cu ildə aqrar sektorda məhsul istehsalı 4,2 faiz artacaq. 2020-ci ildə bu göstəricinin 4,4 faiz, 2021-ci ildə isə 4,5 faiz təşkil edəcəyi gözlənilir.

Azərbaycanca

Azərbaycana turist axını 10%-ə yaxın artıb

Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8% çoxdur.

Bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı yeni kart məhsulu olan Tam kartı təqdim etdi!

"Azərbaycan Beynəlxalq Bankı" müştərilərin arzularını tamamlayan çoxfunksiyalı "Tamkart" məhsulunu təqdim edib.

Azərbaycanca

Cavid Qurbanov: “Azərbaycanda dəmir yolu xətlərinin 60%-i elektrikləşdirilib”

“Azərbaycanda dəmir yolu xətlərinin cəmi 40%-də dizel yanacağı ilə işləyən lokomotivlər hərəkət edir”

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

Azərbaycanca

“Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələr arasında liderdir”

“Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə 1-cidir”.

Bnu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Azərbaycanca

Avropa İttifaqı Lənkəranda aqrar-sənaye komplekslərinin inkişafına 13 milyon avro ayıracaq

Avropa İttifaqı Lənkəran rayonunda aqrar-sənaye komplekslərinin inkişafına maliyyə dəstəyi verməyə hazırlaşır. 

Azərbaycanca

"Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyirik"

“Azərbaycan Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyir”.

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »