Banco.az | Tezliklə

Şəffaflıqla bağlı görülən tədbirlər öz səmərəsini verməkdədir

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Azərbaycanca

Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar böyükdür

Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki çıxışı ictimaiyyət arasında maraq doğurub. Müşavirədə səsləndirilən fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili diqqəti üç istiqamətə yönəldib. Birinci istiqamət ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir.

Azərbaycanca

Bu il hər bir ölkə sakini 664,2 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

Yanvar-sentyabr aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 faiz artaraq 6 milyard 570,8 milyon manat olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 824 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Azərbaycanca

Vergilər naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 17-də Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp ilə görüşüb.

Azərbaycanca

Avropa Mərkəzi Bankına yeni sədr təyin edilib

Avropa İttifaqının bu gün keçirilən sammitində Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsinə təsdiqlənib.

O, noyabrın 1-dən vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

Azərbaycanca

Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 414,milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Azərbaycanca

“Facebook“ onluqdakı yerini itirdi

“Interbrand” konsaltinq şirkəti ən böyük qlobal brendlərin bu ilki reytinqini açıqlayıb. Bu, sayca iyirminci belə siyahıdır. Ən qiymətli brend “Apple” (234,2 milyard $) hesab olunur.

Azərbaycanca

"İşləyən anaların uşaqları daha uğurlu və qayğıkeşdir" - ARAŞDIRMA

İşləyən anaların əksəriyyəti vicdan əzabı çəkir ki, övladlarına çox vaxt ayıra bilmirlər. Ancaq yeni tədqiqatlar göstərir ki, bu duyğu əsassızdır.

Azərbaycanca

Tanınmış firmaların böyük marağa səbəb olan reklam filmləri

Reklam filmləri böyük və ya kiçik istənilən firmanın öz yeni məhsullarını tanıtmaq, sektordakı imicini qoruyub saxlamaq, bəzən isə rəqiblərinə cavab vermək üçün müraciət etdikləri ən təsirli vasitələrdən biridir. Çünki video çarx şəklində təqdim edilən reklamlar daha tez viral olur, insanların daha çox marağına səbəb olur və bir çox hallarda, xüsusilə də tanınmış firmaların reklamları uzun zaman keçsə də unudulmur.

Azərbaycanca

Azərbaycanda avtomobil istehsalı 6,5 dəfə artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 mln manatlıq məhsul istehsal edilib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »