OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqladı | Banco.az

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin may ayında orta gündəlik xam neft hasilatının 458 min barel səviyyəsində olduğunu bildirib. 

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu,aprel ayı ilə müqayisədə 2 min barel azdır. Bu ilin aprel ayında sutkalıq neft hasilatı 460 min barel olub.

Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin birinci rübündə 454 min barel səviyyəsində olub. 2025-ci ildə isə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram