Müəllif: Tamara Mustafayeva, Banco.az
S&P Argentinanın reytinqini B- səviyyəsinə yüksəldib.
Banco.az xəbər verir ki, “S&P Global Ratings” Argentinanın kredit reytinqini CCC+ səviyyəsindən B- səviyyəsinə yüksəldib.
Qurum bu qərarı ölkədə əldə olunan müsbət maliyyə nəticələri və hökumətin likvidliyə çıxışı genişləndirməyə yönəlmiş addımları ilə əsaslandırıb.
“S&P Global Ratings” qərarın əsas səbəbləri kimi “iqtisadi həssaslıqların azalmasını və xarici likvidlikdə mərhələli yaxşılaşmanı” göstərib. Bildirilib ki, bu amillər davam edən iqtisadi bərpa prosesinin möhkəmlənməsinə şərait yaradır.
Reytinq artımının Argentinanın borc alətlərinə investisiya qoya biləcək investor bazasının genişlənməsinə kömək edəcəyi gözlənilir. “S&P Global Ratings” həmçinin qeyd edib ki, ölkənin iqtisadi siyasəti hökumətə maliyyələşmə ilə bağlı çətinlikləri defolta yol vermədən aradan qaldırmağa imkan verəcək səviyyədədir.
Bizi sosial şəbəkələrdən izləyin!!
