"BYD" beş il ərzində qlobal bazarın lideri olmağı hədəfləyir | Banco.az

"BYD" beş il ərzində qlobal bazarın lideri olmağı hədəfləyir

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin elektrik avtomobil istehsalçısı "BYD" beş il ərzində dünyanın ən böyük avtomobil şirkəti olmaq üçün Toyota-nı ötüb keçməyi planlaşdırır.

Banco.az xəbər verir ki, şirkət batareya texnologiyasındakı irəliləyişlər və xarici investisiyalar vasitəsilə qlobal rəqiblərini üstələməyi hədəfləyir. 

Şirkət Avropa bazarında beş dəqiqəlik sürətli şarj infrastrukturunun inkişafı üçün 1,8 milyard funt sterlinq sərmayə qoyacağını açıqlayıb.

Keçən il satışlarında "Teslanı" geridə qoyan "BYD" may ayında xaricdə 160 mindən çox avtomobil satıb ki, bu da illik müqayisədə 80 faiz artım deməkdir.

İstehsalçı bu il xaricdəki satışlarını 40 faizdən çox artıraraq 1,5 milyon ədədə çatdırmağı hədəfləyir.