Müəllif: Tamara Mustafayeva, Banco.az
Qazaxıstan 13 milyon ton taxıl ixrac hədəfinə çatmaq üzrədir.
Banco.az xəbər verir ki, Qara dəniz hövzəsində Rusiya və Ukraynanın kölgəsində qalan Qazaxıstan son dövrlərdə taxıl ixracındakı uğurlu göstəriciləri ilə diqqət çəkir.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ilin sentyabrından 2026-cı ilin avqustunadək olan dövrü əhatə edən cari kənd təsərrüfatı ilinin ilk doqquz ayında ölkənin taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 12,2 milyon tona çatıb. Ötən ilin eyni dövründə bu göstərici 10,7 milyon ton təşkil etmişdi.
Bu nəticə Qazaxıstanın regionun əsas taxıl təchizatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
Qazaxıstanın taxıl ixracındakı artımın əsas hərəkətverici qüvvəsi isə Mərkəzi Asiya ölkələri və Əfqanıstan olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
