Mərkəzi Bankın valyuta ehtiyatları 13 mlrd. dolları ötüb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 13 mlrd. dolları ötüb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il iyulun 1-i tarixinə 13 milyard 157.6 milyon dollara çatıb.

Banco.az  bu barədə AMB-yə istinadən xəbər verir.

    Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 3,5%, son bir ildə isə 18% artıb.