Azərbaycan qızıl ixracından gəlirini 38%-dən çox artırıb | Banco.az

Azərbaycan qızıl ixracından gəlirini 38%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-may aylarında Azərbaycan 167.6 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 46.3 milyon dollar və ya 38,2% artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə may ayında ixrac edilən qızılın dəyəri 36.5 milyon dollar olub ki, bu da 2025-ci ilin may ayına nisbətən 10.6 milyon dollar və ya 40.9% artım deməkdir. 

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan 326.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram