Banco.az | Tezliklə

PAŞA Bank Azərbaycanda ilk dəfə "DevOpsDays" beynəlxalq konfransı keçirdi

22-23 noyabr 2019-cu il tarixlərində İT sahəsində fəaliyyət göstərən mütəxəssislər və tərtibatçılar üçün beynəlxalq "DevOpsDays" konfransı keçirildi. PAŞA Bankın “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə əməkdaşlıqda təşkil etdiyi “DevOpsDays” konfransı Azərbaycanda bu sahə üzrə beynəlxalq səviyyədə keçirilən ilk tədbir oldu.

Azərbaycanca

10 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-i bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 5-də müsbət, 10-da isə mənfi dinamika müşahidə edilib.

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:00-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

Evdən işləyənlər əmək məhsuldarlığını necə artıra bilər?

Bu gün Azərbaycanda da uzaqdan və ya evdə iş getdikcə populyarlaşır. Evdə daha müvəffəqiyyətlə işləmək və buna az vaxt sərf etmək üçün nələrə diqqət yetirmək lazımdır?

Həmçinin oxu: Evdən işləyənlər üçün 10 qızıl qayda

Azərbaycanca

Ötən ay dəniz və hava nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

Cari ilin oktyabrında dəniz nəqliyyatı ilə ümumilikdə 122 min 959 ton yük daşınıb ki, bu yüklərin dəyəri 74 milyon 728 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəniz nəqliyyatı ilə ixrac olunan 35 min 273 ton yükün dəyəri 13 milyon 815 min dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 87 min 686 ton, dəyəri isə 60 milyon 912 min dollar təşkil edib.

Azərbaycanca

Dollarda bahalaşma son iki ilin maksimumuna kimi sürətlənə bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşaraq, noyabrın maksimumuna çatdıqdan sonra ticarət aktivliyi azalıb.

Dolların qiymətlərində aktivliyin azalması, investorların ehtiyatlı mövqeləri ilə əlaqədardır.

Azərbaycanca

Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

27 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Azərbaycanca

Rəsmi məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı 26 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Noyabrın 26-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Azərbaycanca

Britaniyada ölkə tarixində ən böyük qızıl sikkə hazırlanıb

Böyük Britaniyanın Kral Sikkə Evi (Royal Mint) Birləşmiş Krallıq tarixində ən böyük kolleksiya qızıl sikkəsi hazırlayıb.

Sikkənin diametri 17,5 sm, çəkisi 5 kq və nominal dəyəri 5 min funt sterlinqdir (6,4 min dollar).

Azərbaycanca

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği azalıb

Oktyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 211,3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 11 milyard 563,1 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,6 faizi banklar, 2,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »