2019-cu ilin üçüncü rübündə bankların yalnız 9-u dövlət büdcəsinə vergi ödəyib. Digər banklar isə cari ildə və əvvəlki illərdə zərərlə üzləşdiyindən vergi ödəməmişdir. Bu banklar III rüb ərzində cəmi 55.5 milyon manat mənfəət vergisi ödəyib. Bu da əvvəlki rübə nəzərən 58.6% artım deməkdir. Bu banklar arasında ən çox vergi ödəyən Kapital Bank olub.
Mənfəət vergisi ödəyən banklar - ARAŞDIRMA