İngiltərə parlamentində Breksit tərəfdarlarının üstünlüyü ələ ala biləcəkləri ehtimalları avro və funtda bahalaşmalara səbəb olub.
Avro və funt bahalaşıb
İngiltərə parlamentində Breksit tərəfdarlarının üstünlüyü ələ ala biləcəkləri ehtimalları avro və funtda bahalaşmalara səbəb olub.
Azərbaycan Mərkəzi Bankı 13 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Dekabrın 13-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Bank BTB fərdi sahibkarlıqla məşğul olan şəxslərə Mikro kredit məhsulu üzrə “2020-yə 20% endirimlə” kampaniyasını təqdim edir. Belə ki, kampaniya çərçivəsində verilən kreditlərin illik faiz dərəcəsinə 20%-dək endirim tətbiq olunacaq. Kampaniyanın daha bir üstünlüyü 50.000 AZN-dək təklif olunan kreditlərdə komissiya faizinin 0% olmasıdır.
Türkiyənin məşhur GoldenRose brendi zəngin dekorativ kosmetika, parfümeriya və qulluq vasitələri seçimi ilə artıq uzun illərdir ki, ölkəmizdə uğurla təmsil olunur. GoldenRose yüksək keyfiyyətli məhsullar, əlverişli qiymətlər, xüsusi təklif və kampaniyaları ilə xanımların ən sevdiyi mağazalardan birinə çevrilib.
Uzun fasilədən sonra artıq üçüncü nəhəng beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı! Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb. İmzalanma mərasimində Avropa İttifaqı (Aİ) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) nümayəndələri də iştirak ediblər.
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri keçən həftə neft istehsalını cəmi gündəlik 1,7 milyon barel azaltmaq qərarı qəbul ediblər. "Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) neft hasilatının azaldılmasının 2020-ci ildə təklif bolluğunun qarşısını almayacağını açıqlayıb.
"Bloomberg"in mövzuya yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp, Çindən idxal olunan 160 milyard dollarlıq məhsula 15% vergi tətbiq olunmasını nəzərdə tutan tarifləri təxirə salan birinci mərhələ ticarət razılaşmasını imzalayıb. Tariflər 15 Dekabrda qüvvəyə minəcəkdi.
Bu gün Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin son faiz qərarını ictimaiyyətə açıqlayacaq. Bu qərar Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Banka birləşdirildikdən sonra ilk faiz qərarı olacaqdır.
Avropa Mərkəzi Bankı Christine Lagarde-ın sərliyi ilə ilk yığıncağında faizləri dəyişdirmədi.
Pul siyasəti faizi sıfır, depozit faizi mənfi 0,5% və marjinal maliyyələşmə faizi 0,25%-də saxlanılıb. Aylıq 20 milyard avroluq istiqraz alışları davam edəcək.
Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana düyü ixracına başlayıb.
Dağıstanın Kənd Təsərrüfatı Nazirliyi ilin sonunadək düyü istehsalının proqnozlaşdırılandan daha çox olacağını gözləyir.