Daşınmaz əmlak sığortası üzrə yığımlar 58% azalıb | Banco.az

Daşınmaz əmlak sığortası üzrə yığımlar 58% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 23 milyon 826 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 32 milyon 812 min manat və ya 57,9% azdır. 2025-ci ilin yanvar-iyun aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 56 milyon 638 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə daşınmaz əmlak sığortası üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 873 min manat və ya 65,1% artaraq 2,2 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram