Çin Mərkəzi Bankı (PBOC) yerli banklara verdiyi qısamüddətli kreditlərin illik faiz dərəcələrini azaldaraq maliyyə sektorunda 29 milyard ABŞ dolları məbləğində dəstək verib.
Çin Mərkəzi Bankı yerli maliyyə sektoruna 29 milyard dollarlıq dəstək verib
Çin Mərkəzi Bankı (PBOC) yerli banklara verdiyi qısamüddətli kreditlərin illik faiz dərəcələrini azaldaraq maliyyə sektorunda 29 milyard ABŞ dolları məbləğində dəstək verib.
Dünya üzrə "EF English Proficiency Index" nəticələri açıqlanıb.
Vergilər Nazirliyinin açıqlamasına əsasən, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, sorğuda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.
Azərbaycan gələcəkdə orqanik geyim məhsulları ixrac edə bilər.
Bunu "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin (AOPE) sədri Emin Əliyev bu gün Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda çıxışı edərkən deyib.
Dünən 5.84-dən 5.88 Türk lirəsinə bahalaşaraq 2 ayın ən yüksək səviyyəsini test edən ABŞ dolları bu səhər də yüksəlişini davam etdirərək kritik 5.90 səviyyəsini də aşıb. Ardıcıl 4 gündür Lirə dollar qarşısında dəyərdən düşür.
Bakı vaxtı ilə saat 11:40-da Dollar/TL məzənnəsi 5,9078 səviyyəsində olub.
“Dövlət Turizm Agentliyi yeni turizm məhsullarının yaradılması üzərində işləyir”.
Bunu Agentliyin aparat rəhbəri Kənan Qasımov "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı "dəyirmi masa"da deyib.
Ticarət mərkəzlərində, kafelərdə və digər ictimai yerlərdə pulsuz Wi-Fi nöqtələrindən istifadə etməyə öyrəşmişik və həyatımızı onsuz təsəvvür edə bilmirik. Ancaq heç birimiz bunun təhlükəli olacağını və bu zaman fırıldaqçıların smartfonumuzdan istifadə edərək bütün şəxsi məlumatları ələ keçirə biləcəklərini düşünmürük.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 22 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 4,2% çoxdur.
İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-noyabr aylarında 21,2 mlrd. kVt-saat təşkil edib (artım 4,5%).
Bakı metrosunda bəzi qaydaları pozan sərnişinlər üçün cərimələr tətbiq edilməyə başlanılıb.
Bu cərimələri sizə təqdim edirik:
Beləliklə, metroda vaqonun qapısını məcburi formada açmağın cəzası 50 manatdır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 553,2 kq qızıl hasil edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur.
Hesabat dövründə ölkədə 3 815,3 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 28,9% artıb.