BEA 2026-cı ildə dünyada neft təklifinin azalacağını gözləyir | Banco.az

BEA 2026-cı ildə dünyada neft təklifinin azalacağını gözləyir

Beynəlxalq Enerji Agentliyi (BEA, IEA) 2026-cı ildə dünyada gündəlik neft təklifi üzrə proqnozunu əvvəlki gözləntilərlə müqayisədə 0,6 milyon barel azaldıb.

Bu barədə BEA-nın aylıq hesabatında qeyd edilib

    Beləliklə, hesabata əsasən, 2026-cı ildə dünyada gündəlik neft təklifinin 4,3 mln. barel azalaraq 102 milyon barelə düşəcəyi gözlənilir.

    Bununla yanaşı, BEA 2027-ci ildə dünyada gündəlik neft təklifinin 8,3 mln. barel artaraq 110,3 milyon barelə çatacağını gözləyir.

    BEA-nın qiymətləndirməsinə görə, iyul ayında dünyada gündəlik neft təklifi 2,4 mln. barel artaraq 101,5 mln. barelə çatıb. Buna Fars körfəzi ölkələrinin neft hasilatını bərpa etməyə davam etməsi səbəb olub.