Məşğulluq mərkəzlərinə müraciətlər çox olduğundan telefonlar məşğul göstərir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.
Məşğulluq mərkəzlərinə müraciətlər çox olduğundan telefonlar məşğul göstərir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.
Bir çox tanınmış markanın koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə müəyyən tədbirlər gördüyü bir vaxtda moda jurnalı Vogue isə özünəməxsus bir addım atıb. Vogue İtaliya bu aykı nüsxəsinin üz qabığını pandemiya səbəbilə tamamilə boş saxlayaraq ağ rəngdə üz qabığı ilə nəşr olundu.
Bu ilin mart ayında Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 2,6% azalıb.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 9,6% artım qeydə alınıb.
Unibank xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edib. Bankın partnyorları olan sahibkarlar iki ay müddətinə POS-terminalara görə xidmət haqqı ödəməyəcək. Mart və aprel ayları üçün nəzərdə tutulan güzəştlər, 400-dən çox sahibkarı əhatə edəcək. Bununla da “Unibank”dan POS-terminal əldə edən sahibkarlar, dövriyyələrindən asılı olaraq ödədikləri aylıq xidmət haqqından azad olunurlar.
Aprelin 9-da hazırkı dövrdə neft hasilatını 9,7 milyon barel azaltmaq barədə razılaşan OPEC+ formatının iştirakçısı ölkələri cari iln ikinci yarısı üçün azaltma həcmini 7,7 milyon barel səviyyəsində müəyyənləşdirib.
Bu barədə yeni razılaşmadan sonra yayılmış məlumatda bildirilir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) koronavirus pandemiyasından ən çox zərər çəkmiş sektorlara və sənaye sahələrinə kömək etmək məqsədilə banka üzv olan ölkələrə təxminən 900 milyon avro yönəltmək niyyətindədir.
Bu barədə bankdan bildirilib.
Azərbaycan Beynəlxalq Bankı xüsusilə pensiyalar verilən vaxtlar bankomatlar qarşısında növbələrin yaranmaması üçün əhali sıxlığının böyük olduğu ərazilərə səyyar bankomatların göndərilməsinə başlayıb. Pensiyaçılar öz pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatları ilə yanaşı, ölkəmizdəki bütün bankların bankomatlarından da komissiyasız nağdlaşdıra bilərlər.
Bu gün Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
Hərracda tələb təklifdən 176,9 milyon manat və ya 1,71 dəfə çox – 426,9 milyon manat olub.
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Aprelin 13-də qızılın qiyməti aprelin 10-u ilə müqayisədə 9,7325 manat azalaraq 1 unsiya üçün 2862,7575 manat təşkil edib.
Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər.
Bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib.