Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
DİN evdən çıxmamaqla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
Koronavirusun yayılması bütün dünyada, eləcə də ölkəmizdə ərzaq məhsullarının qıtlığının yarana biləcəyi ilə bağlı təşviş və ehtimallara yol açmaqdadır.
Maraqlıdır, əgər xəstəliyin yayılması davam edərsə, o zaman doğrudan da ərzaq məhsullarının qıtlığı yarana bilərmi?
www.asanpay.az ünvanından avtomobil sahiblərinin telefonlarına son tarix göstərilməklə növbəti texniki baxışın keçirilməsi, əks halda cərimə tədbirlərinin qüvvəyə minməsi barədə SMS-lər daxil olmağa davam edir.
Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.
Bu barədə Azərbaycan Energetika Nazirliyindən bildirilib.
31 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 95,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Vergi Məcəlləsinə əlavə edilmiş 106.1.18-ci maddə ilə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, i
Azərbaycan banklarının xarici öhdəlikləri bu il martın 1-nə 1 739,9 milyon manat təşkil edib.
Bu, fevralın 1-i ilə müqayisədə 8,5% artıb.
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb.
2020-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 270,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,8 faizini təşkil edir.
Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,12 bənd təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,24 bənd az, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin martın 1-nə nisbətən isə 0,67 bənd azdır.
“İlk növbədə şəffaf fəaliyyət göstərən sahibkar dövlət dəstəyindən istifadə edə biləcək. Söhbət həmin şəxslərin vergi daxil olmaqla öz hesabatlarını vaxtı vaxtında yerinə yetirməsindən gedir.