Banco.az | Tezliklə

Asiya bazarında neft daha da ucuzlaşa bilər

OPEC+ formatında may-iyun ayları ərzində hasilatı azaltmaq barədə razılıq əldə ediləndən sonra Asiya bazarında mövqeyini gücləndirməyi hədəfləyən Səudiyyə Ərəbistanı bu regionun neftayırma müəssisələrinə göndərdiyi neftin qiymətini daha iki dəfəyədək ucuz qiymətə göndərməyə başlayıb.

Azərbaycanca

Azərbaycan Mərkəzi Bankı 690 min manat xərcləyəcək

Azərbaycan Mərkəzi Bankı informasiya təhlükəsizliyi üzrə lisenziyaların, habelə istismarda olan təhlükəsizlik avadanlıqlarına texniki dəstək xidmətinin cəlb edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.

Tender komissiyasının qərarına əsasən, Bankın elan etdiyi tenderin qalibi "SMART-IT" şirkəti seçilib.

Azərbaycanca

Avropada nağd pula tələbat rekord səviyyədə artıb

Avropa Mərkəzi Bankının (ECB) son məlumatlarına görə, Avropada karantin dövründə nağd avroya tələbat rekord səviyyədə artıb.

ECB-nin dünən dərc olunan həftəlik bülletenində 10 aprel tarixinə avrozonada 1,327 trilyon avro pulun dövriyyədə olduğu göstərilib.

Azərbaycanca

Karantin müddətində gözəl və sağlam qalmaq üçün nə etməlisiniz?

Karantin dövründə evdən işlədiyinizə görə heç avtobusa qədər də yerimirsiniz, nəinki tövsiyə olunan gündəlik 10 min addımı atmaq. İş kabinetinizə çevrilmiş mətbəxdə soyuducu, konfet qabı və s. kimi diqqətçəkən obyektlər də gözünüzün qabağındadır. Video-zəng zamanı bəzi həmkarlarınızın yanaqlarının necə yuvarlandığını görmüsünüzmü? Bəs siz bu gün dadlı konfetlə neçənci çay stəkanını boşaltmısınz?

Azərbaycanca

BOKT EMBAFİNANS QSC tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərib

14 - 15 Aprel 2020-ci il tarixlərində Embafinans Risk qrupuna daxil olan yaşı 65-dən yuxarı kimsəsiz vətəndaşlara və aztəminatlı ailələrə gündəlik tələbat mallarından ibarət olan bağlamalar təqdim edib.

Azərbaycanca

Əlləri yumağı xatırladan saat istehsal olundu

Google ağıllı saatlar üçün yaratdığı Wear OS yeni funksiyası ilə istifadəçilərə əllərini tez-tez yumağı xatırladacaq.

Azərbaycanca

Bu şəxslərə birdəfəlik ödəniş edilməsindən imtina olundu

Azərbaycanda işsiz kimi birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edənlərdən 20 min şəxsin hazırda işsiz olmadığı müəyyən edilib. 

Onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.

Azərbaycanca

Azərbaycanda illik inflyasiya açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 3%, həmçinin ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,2%, qeyri-ərzaq məhsulları üzrə 1,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,4% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Azərbaycanca

Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvanda ümumi daxili məhsul istehsalı 548,4 mln manat təşkil edib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər verilir.

Azərbaycanca

Valyuta hərracında dollara tələb azalıb

16 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. 

Hərracda tələb 53 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bir əvvəlki hərracda tələb 56,5 milyon dollar təşkil etmişdi.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »