Banco.az | Tezliklə

Azərbaycan bank sektorunun xarici öhdəlikləri illik 24% azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2018-ci il noyabrın 1-nə 1 932,6 mln. manat təşkil edib.

Azərbaycanca

Əhali Manat əmanətini geri götürüb, Dollar əmanəti yerləşdirib

Fiziki şəxslərin (əhalinin) banklardakı əmanətləri 2018-ci ilin Sentyabr ayı ilə müqayisədə Oktyabrda 59,1 milyon manat azalaraq 8 milyard 140 milyon manata düşüb.

Azərbaycanca

“Neftin qiyməti aşağı düşsə, daha aşağı mənfəət vergisi əldə edə bilərik”

“2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik”.

Azərbaycanca

Kapital Bank müştərilərinə “13-cü maaş” verəcək

Kapital Bank-ın ödəniş kartları ilə məvacib alan müştərilər “13-cü maaş” adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazana bilərlər. Minimum 10 manat olan hər nağdsız ödəniş, 1 iştirak şansına bərabər tutulur.

Azərbaycanca

1%-lik nağdlaşdırma vergisi ləğv olunur? - MƏHKƏMƏ QƏRARI

Azərbaycanda bütün biznes və bank müştərilərinin diqqətində olan mühüm bir yenilik var. Azərbaycan Ali Məhkəməsi bank müştərilərindən bankların xeyrinə tutulan 1%-lik nağdlaşdırma vergisininin qanunsuz sayılması ilə bağlı iddialar üzrə qərar qəbul edib.

Azərbaycanca

"Gələn ildən dövlət banklarından özəl banklara işçi axını ola bilər"

"Məlum olduğu kimi, gələn ildən özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək. Belə ki dəyişikliyə əsasən bu sektorlarda işləyənlərin muzdlu işdən aylıq gəlirləri (8 000 manatdan çox olmamaq şərti ilə) 7 il müddətində 0 dərəcə ilə vergiyə cəlb ediləcək. Yəni 8 000 manatdan çox maaş almırsa gəlir vergisi verməyəcək. Göründüyü kimi məqsəd özəl sektoru dəstəkləməkdir". 

Azərbaycanca

4 bank Mərkəzi Banka borcunu tam qaytarıb

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 21-i Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

Azərbaycanca

9 bankın Mərkəzi Banka ümumi borcu 206 milyon manata yaxındır

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 9-u tənzimləyici quruma ümumilikdə 205,81 milyon manat borcludur.

Azərbaycanca

Problemli kreditlərdə 50 milyonluq azalma

2018-ci ilin Oktyabr ayında banklarda problemli kreditlər 50,1 milyon manat və ya 2,9% azalaraq 1 milyard 698,5 milyon manata düşüb. Sentyabr ayının sonunda banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 748,7 milyon manat təşkil etmişdi.

Azərbaycanca

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.12.2018)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,42% azalaraq 1,9258 manat, Rusiya rublunun məzənnəsi isə 0,78% azalaraq 0,0254 manat təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »