Banco.az | Tezliklə

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

22 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Azərbaycanca

Bu milyarder bir gündə 13 milyard dollar əldə etdi

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın e-ticarət nəhəngi Amazon şirkətinin təsisçisi və dünyanın ən varlı insanı Ceff Bezos koronavirus pandemiyası ərzində sərvətini daha da artırmağa nail oldu. Bezos dünən Amazon səhmlərinin birjada yüksəlməsi ilə bir gündə sərvətinə ən çox pul əlavə edən şəxs olub.

Azərbaycanca

Prezident bu şəxslərin avtomobillə təmin edilməsi üçün sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycanca

Mastercard kriptovalyuta kartları buraxacaq

Ödəniş sistemi nəhəngi Mastercard iyulun 20-si kriptovalyuta layihələri üçün “Mastercard Accelerate” proqramına girişin təmin edilməsi barədə məlumat dərc edib. “Mastercard Accelerate” proqramı fintex şirkətlərin ödəniş sistemi ilə qarşılıqlı əlaqəsini təmin edəcək. Kriptokartların ilk emitenti sistemdə lisenziyalı iştirakçı statusu almış britaniyanın kriptovalyuta startapı Wirex olacaq.

Azərbaycanca

Türkiyədə kafe və restoranların iş saatına tətbiq edilən məhdudiyyətlər ləğv edilib

Türkiyədə fəaliyyət göstərən kafe, restoran, çayxana və adamların toplaşdığı ictimai-iaşə müəssisələrinin iş saatına koronavirusa görə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyində (DİN) müvafiq sərəncam imzalanıb və sərəncam 81 vilayətə göndərilib.

Azərbaycanca

Valyuta hərracı keçirildi

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 59,3 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 5,1% və ya 2,9 mln. dollar artıb.

Azərbaycanca

Bakıda nizamnamə kapitalı 4 milyon manata yaxın olan şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti "Azsu Ekoloji Qurğu" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ev Sarıqaya, nizamnamə kapitalı 3 783 mİn manat, qanuni təmsilçisi isə Famil Oruc oğlu Alkərəmovdur.

Azərbaycanca

Virtual “pul qabı”ndakı vəsaitlərin kart hesabına köçürülməsi mümkün olacaq

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla davam edir.

Azərbaycanca

Mərkəzi Bank bağlanan 4 bankda bloklanan əmanətlərin məbləğini açıqladı

“Ləğv edilmiş 4 bankda (“Atabank” , “Amrahbank”, “AG Bank” və “NBC Bank”) əmanətləri qalan vətəndaşların problemi həll olunacaq. Belə ki, bu banklarda depozit qəbuluna qadağa qoyulmasından sonra da əmanət qəbul edilib”.

Bunu Mərkəzi Bankın sədrinin I müavini Alim Quliyev deyib.

Azərbaycanca

BirBank mobil tətbiqi vasitəsilə www.edvgerial.az portalındakı şəxsi kabinetinizi idarə edin!

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, bir neçə ay əvvəl www.edvgerial.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »