Tax Justice Network (TJN) beynəlxaq qeyri-hökumət təşkilatının hesabatına görə, hər il şirkətlərin əldə etdikləri təxminən 1 trilyon dollar vəsait "vergi sığınacaqları"ndan keçirilir. Yalnız OECD-yə üzv dövlətlərdə transmilli korporasiyalar ümumilikdə 467 milyard dollar həcmində gəlirlərini vergidən gizlədiblər və bunun nəticəsində dövlət büdcələrinin itkisi 117 milyard dollar olub.
Dünyadakı korporativ gəlirlərin 1 trilyon dolları vergidən yayındırılır