Banco.az | Tezliklə

"Vergi stimulları ilə bağlı qanunvericilik paketi hazırdır"

Azərbaycanda sahibkarlara dəstək proqramının ilkin nəticələri açıqlanıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə məlumat verib.

Azərbaycanca

Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsi planlaşdırılır

"Qarşıdakı dövrdə biz makroiqtisadi və maliyyə sabitliyini qorumalıyıq, pandemiyadan, bu məhdudlaşmadan əziyyət çəkən əhaliyə və biznes-iqtisadiyyata dəstək verməliyik. Üçüncü, olduqca önəmli məsələ bütövlükdə bu situasiya qurtarandan sonra əhalimizi və iqtisadiyyatımızı normal həyata qaytarmaqdır. Biz bunun üçün lazımi tədbirləri indidən görməliyik".

Azərbaycanca

"Valyuta bazarında vəziyyət normallaşıb"

"Mart ayının birinci ongünlüyündə bütövlükdə pandemiya, karantin tədbirləri və OPEC sazişlərinin uğursuzluğu təbii ki, bizim əsas maliyyə bazarlarımıza, valyuta bazarımıza ciddi təsir göstərdi".

Azərbaycanca

"Depozitlərin dollarlaşmasını görürük"

"Azərbaycanda fiziki və hüquqi şəxslərin depozitlərinin bir qədər dollarlaşmasını görürük".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

Azərbaycanca

"Biznes kreditləri artıb, istehlak kreditləri azalıb"

"Birinci rübün başlıca yekunlarından biri ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

Azərbaycanca

Azərbaycanda dövlət xərclərinə yenidən baxılacaq

“İqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin”.

Azərbaycanca

Prezident xüsusi karantin rejiminin nə zaman bitəcəyindən danışdı

“Bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar”.

Azərbaycanca

İlham Əliyevdən manatın vəziyyətilə bağlı açıqlama

“Valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur”.

Bunu 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirib.

Azərbaycanca

İtaliyada bəzi mağazalar açılıb

İtaliyada koronavirusla əlaqədar fəaliyyəti məhdudlaşdırılan bəzi mağazalar açılıb.

Bəzi vilayətlərdə kitab mağazaları, uşaq geyimləri və dəftərxana ləvazimatları satan mağazaların fəaliyyətinin bərpasına icazə verilib.

Azərbaycanca

Dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin adları açıqlanıb

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »