Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Mayın 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-nın məlumatına görə, hərracda tələb 54,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.
COVİD-19 dövründə əhalinin rifah halının qorunması məqsədilə dövlətin işsiz aztəminatlı şəxslərə təyin etdiyi birdəfəlik ödəmələr üçün vətəndaşlara plastik kartların verilməsi davam etdirilir. Azərbaycan Beynəlxalq Bankında 100 mindən çox vətəndaşa sosial müavinət kartları təqdim olunub. Proses bankın bütün filial və şöbələrində həyata keçirilir.
Bu ilin yanvar-aprel ayları ərzində özəl sektor tərəfindən Azərbaycandan 3 174 969,25 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorun ixracında 12% artım qeydə alınıb.
Prezident İlham Əliyev Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Yelo Bank 15 may 2020-ci il tarixindən dəftərxana mallarının alınmasına dair açıq tenderin keçirilməsini elan edir.
Ötən illərdə olduğu kimi, bank təchizatçının bir il müddətinə yenilənməsində maraqlıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb.
“Gürcüstanın “yaşıl dəhliz” təşkil ediləcəyi ilk ölkənin İsrail olacağı nəzərdə tutulub”.
Bunu ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata açılamasında vətəndaşların bank seçərkən diqqətli olmadığını deyib. Baş bankir bildirib ki, vətəndaşlar çox vaxt “dostunun-tanışının çalışdığı bank”a üstünlük verirlər”.
Tamara Mustafayeva, Banco.az
Dünyaca məşhur universitetlərdə təhsil almaq olduqca çətindir. İstər təhsil haqqı, istər həmin ölkələrdə yaşayış standartları, istərsə də universitetlərin qəbul meyarları kifayət qədər mürəkkəbdir.