Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Forbes”in siyahısına görə bu ölkənin ən zəngin varisi hesab edilib.
Yusif Ələkbərova çatacaq varidat 18 milyard ABŞ dolları həcmindədir.
Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Forbes”in siyahısına görə bu ölkənin ən zəngin varisi hesab edilib.
Yusif Ələkbərova çatacaq varidat 18 milyard ABŞ dolları həcmindədir.
Azərbaycanın dünya bazarına çıxardığı “AzeriLight” nefti “Brent” markalı Şimal dəniz neft qatışığından adətən 1-3 dollar baha satılıb. Lakin koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq olunan sərt karantin müddətində Azərbaycan nefti “Brent” neftindən ucuz satılmağa başlandı.
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
21 may 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 56,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Azərbaycanda WinFi adlı maraqlı startap layihəsi istifadəyə verilib. WinFi insanların həm öz WiFi-nı paylaşmasına, həm də WiFi üzərindən internetə qoşulmasına imkan verən startap layihədir. Siz öz WiFi-nızı paylaşaraq pul qazanmaq imkanına sahib olursunuz.
Startapın iki mobil tətbiqi var: WinFi Owner və WinFi User.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC “COVID-19” infeksiyası ilə mübarizə çərçivəsində paytaxtda xidmət göstərən taksi minik avtomobillərində qabaqlayıcı tədbirləri davam etdirir.
Sərnişinlərin təhlükəsizliyi istiqamətində zəruri işlər həyata keçirilir.
Gürcüstanda koronavirus pandemiyası səbəbindən iş yerlərini itirmiş və gəlirləri azalmış vətəndaşların kredit borclarının ödənişi üçün verilən möhlət hüququnun vaxtı növbəti dəfə üç ay müddətinə uzadılıb.
Sumqayıt Texnologiyalar Parkı (STP) tarixində ilk dəfə olaraq Misirə alüminium pəstahlar ixrac edib. Bu, həmçinin Azərbaycan tarixində də Misirə ilk alüminium pəstah ixracıdır. Müştəriyə ilkin olaraq ümumi həcmi 100 ton olan 6063 markalı çapı 178 mm, boyu 5800 mm olan alüminium pəstahlar istehsal edilib yola salınmışdır. Gələn ay daha 200 ton alüminium pəstah məhsulu göndərilməsi nəzərdə tutulur.
Cümə axşamı dünyada neft qiymətləri xammal artıqlığı ilə bağlı narahatlıqların azalması fonunda artır.
Bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.
Türkiyənin 156 illik tarixə malik dövlət bankı olan Ziraat Bankın Azərbaycandakı törəməsi "Ziraat Bank Azərbaycan" ASC yeni depozitlər üçün kampaniyaya start verdi.