Cari ilin aprelindən iyununadək Yaponiyanın böyük şirkətlərində işgüzar əhval-ruhiyyə koronavirus pandemiyasına görə son 11 ilin minimumuna enib.
Qeyd edilən nəticə, hökumətin keçirdiyi sorğuya əsasən məlum olub.
Cari ilin aprelindən iyununadək Yaponiyanın böyük şirkətlərində işgüzar əhval-ruhiyyə koronavirus pandemiyasına görə son 11 ilin minimumuna enib.
Qeyd edilən nəticə, hökumətin keçirdiyi sorğuya əsasən məlum olub.
İranın pul vahidi tümən 2020-ci ilin əvvəlindən bu yana dollar qarşısında 35% dəyərdən düşüb.
Yerli mənbələrdən alınan məlumata görə, İranda sərbəst bazarda son aylarda bahalaşması dayanmayan dollar 18 min tümən səviyyələrinə qalxıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin iyunun 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 1,9297 manat, 1 türk lirəsi 0,2508 manat, Rusiya rublu isə 0,0247 manat səviyyəsində müəyyənləşib.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər ictimaiyyət arasında rəğbətlə qarşılanıb. Sığorta mütəxəssisi İlkin İbrahimov bu dəyişikliklərin sığorta sisteminə müsbət təsir göstərəcəyini vurğulayıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 2,73% azalaraq 1 barelə görə 40,59 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,11% azalaraq 38,37 dollar təşkil edib.
ABŞ Mərkəzi Bankının (Fed) İyun iclası başa çatıb.
Fed gözlənildiyi kimi faizi 0 - 0,25% aralığında sabit saxladı.
Fed 2022-ci ilə kimi faizin sıfıra yaxın səviyyədə (0,25%) qalacağını qeyd edib.
Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 10 milyard 527,5 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 17 faiz artıb.
Pul vəsaitlərinin saxlanması və artırılması həyatın bütün mərhələlərində insanları maraqlandırıb. Bu səbəbdən banklarda depozit yerləşdirmək kapitalın artırılmasının populyar və sadə üsullarından biridir, və bunun üçün xüsusi maliyyə bilikləri tələb olunmur. Düzgün bank seçimi etmək və vəsaitin yerləşdirilməsi üçün sərfəli şərtlər tapmaq kifayət edir. Misal üçün bank VTB (Azərbaycan)-da əmanət yerləşdirməyin bir sıra üstünlükləri mövcuddur.
Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin artması 10 bankın əmanət faizlərinin dəyişməsinə gətirib çıxarıb.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumatda bildirilir ki, 11.06.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunmuşdur.