Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) 1,4 milyon nəfər sərnişin daşıyıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.
Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) 1,4 milyon nəfər sərnişin daşıyıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.
Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1.031.164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.
Avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da 2018-ci ilin avqustuna nisbətən 42 min və ya 13.2% artım deməkdir.
Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib.
Müdafiə Nazirliyində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin, o cümlədən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları artırılıb.
Bu ilin avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42 min nəfər və yaxud 13,2% çoxdur.
Müxtəlif görüşlər keçirmək üçün Türkiyəyə gələn ABŞ-ın Ticarət naziri Wilbur Ross "Bloomberg HT"yə açıqlamalar verib.
Unibank gömrük rüsumlarını çox rahatlıqla ödəmək üçün biznes sahiblərinə sərfəli Gömrük kartları təklif edir. Kart Azərbaycan Respublikasının ərazisindəki gömrük terminallarında vergi və rüsumların sürətli və asan ödənişini həyata keçirmək üçündür.
Asiya İnkişaf Bankı Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər. Məlumatda bildirilir ki, manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır. Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına (İFRS – İnternational Finance Reporting Standarts) uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda edilmiş son dəyişikliklərdən sonra 2019-cu ilin əvvəlindən işəgötürənləri və işçiləri vacib bir məsələ - istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması qaydaları maraqlandırır.
Çinin yayımladığı gömrük vergilərindən azad edilən ABŞ məhsulları siyahısında soya lobyası, donuz əti və qarğıdalı yer almayıb.
Siyahı 17 Sentyabrdan etibarlı olacaq.