Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı il üzrə Mavi Bayraq reytinqi açıqlanıb. Siyahı dəniz suyunun təmizliyi, ətraf mühitin idarə edilməsi, təhlükəsizlik, davamlılıq və xidmət keyfiyyəti kimi beynəlxalq meyarlar əsasında hazırlanıb.
Mavi Bayraq ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa İttifaqı "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisidir.
Beynəlxalq Mavi Bayraq Proqramının 2026-cı il məlumatlarına görə, 677 Mavi Bayraqlı çimərliklə İspaniya siyahıya başçılıq edir. Yunanıstan 624 çimərliklə ikinci, Türkiyə isə 580 çimərliklə üçüncü yerdə qərarlaşıb.
Banco.az xəbər verir ki, ilk 10-luq aşağıdakı kimidir:
- İspaniya – 677
- Yunanıstan – 624
- Türkiyə – 580
- İtaliya – 525
- Portuqaliya – 396
- Fransa – 388
- Danimarka – 158
- Xorvatiya – 156
- İrlandiya – 89
- Meksika – 80
Bizi sosial şəbəkələrdən izləyin!!
