Ötən həftə ərzində (1-4 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 2,84 ABŞ dolları və ya 6,2% azalıb.
Azərbaycan nefti həftə ərzində ucuzlaşıb
Ötən həftə ərzində (1-4 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 2,84 ABŞ dolları və ya 6,2% azalıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin sentyabrın 7-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 2.0117 manat, 1 türk lirəsi 0.2287 manat, 1 Rusiya rublu isə 0.0227 manat civarında müəyyənləşib.
Azərbaycanda kredit kartlarının sayı yenidən 2015-ci ildəki səviyyələrə yaxınlaşıb.
Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci ilin iyul ayının sonunda kredit kartlarının sayı 985 min ədəd təşkil edib. Kredit kartlarının sayı 2020-ci ilin iyul ayında 36 min ədəd, cari ilin 7 ayı ərzində 188 min ədəd, ötən ilin iyul ayı ilə müqayisədə isə 206 min ədəd artıb.
ABŞ Prezidenti Donald Tramp, Konqresin pandemiya ilə bağlı borc vermə proqramından təqribən 300 milyard dollarlıq vergi ödəyicilərinə çek olaraq paylanmasını təsdiqləməsini deyib. "Hesabda gözləyən 300 milyard dollardan çox pul gözləyən var" deyib. Tramp, bu məbləğin ABŞ xalqına paylanmasının çox uyğun olacağını ifadə edərək, bu mövzuda hazır olduğunu bildirib.
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il iyulun 1-nə balans kapitalı 100 milyon manatdan çox olub.
“Mütəxəssislər qlobal iqtisadiyyatın son dövrlərdə bərpa olunmasını qeyd etsələr də, narahatlıq hissi aktual olaraq qalır”.
Bunu “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bildirib.
Bank VTB (Azərbaycan) tekstil məhsullarının istehsalı üçün avadanlıq alaraq üç kiçik biznes müəssisəsinin qurulmasına dəstək olub. Yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərar qəbul edib.
Qərara əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Koronavirus pandemiyası səbəbindən sərnişinlərin sayı azalıb, buna görə də Los-Angeles metropoliteni avtobus və qatar qiymətlərini ləğv etməyi düşünür.
Bu barədə “Bloomberg” xəbər yayıb.