Banco.az | Tezliklə

İran və Rusiya arasında viza rejimi ləğv olunur

“İran və Rusiya arasında viza rejiminin ləğvinin icrasına istiqamətində aparılan işlər gələn ay tamamlanacaq”. 

Bunu İranın Turizm Naziri Əli Əsğər Munisan deyib.

Azərbaycanca

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2 sentaybr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101083S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Azərbaycanca

İraq neft ixracına qoyulan məhdudiyyətlərdən azad olmaq istəyir

"İraq OPEC-dən 2021-ci ilin birinci rübündə neft ixracının azaldılması ilə bağlı öhdəliklərdən azad edilməsini istəmək niyyətindədir".

Bu barədə İraqın Neft naziri İhsan Abdel Caber “As Sabah” dövlət qəzetinə müsahibəsində bildirib.

Azərbaycanca

Pekin 8 ölkədən aviareyslərin qəbulunu bərpa edir

Sentyabr ayının 3-dən etibarən Pekinə səkkiz ölkədən doqquz beynəlxalq aviareyslər üzrə uçuşlar bərpa olunur.

Bu barədə Çinin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Azərbaycanca

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.

Dünən günü 7,3688 səviyyəsində başa vuran məzənnə yeni günə stabil başlayıb. 

Azərbaycanca

Ötən il Azərbaycanda nə qədər neft məhsulu istehsal edilib?

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Emal kompleksinin neft emalı zavodunda 6 mln 189,7 min ton xam neft emal olunub.

Bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1,5% çoxdur.

Azərbaycanca

Sağlamlığınızın qayğısına qalın!

Pandemiyanın dünya iqtisadiyyatına yetirdiyi zərəri dəqiq hesablamaq mümkün olmasa da, danılmazdır ki, cəmiyyətin sağlamlığı üçün onun müəyyən töhfələri oldu, bir sıra dəyərlər, prioritetlər dəyişdi. Belə ki, artıq insanlar səhhətlərinə, qidalarına, şəxsi gigiyenalarına daha çox diqqət və vaxt ayırırlar.

Azərbaycanca

Bank Respublika cəbhəyanı rayonlardakı aztəminatlı ailələrə dəstək oldu!

Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən, ölkənin aparıcı banklarından olan Bank Respublika, ölkəmizin cəbhəyanı bölgələrində yaşayan həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.

Azərbaycanca

Çinin səhm bazarının dəyəri 10 trilyon dollara çatıb

Çin birjalarında tədavüldə olunan səhmlərin ümumi dəyəri 10 trilyon ABŞ dollarına çatıb. 

Məlumata görə, hazırda Çinin səhm bazarı dünyada yalnız ABŞ-dan geri qalır. Bu ölkənin birjalarındakı səhmlərin ümumi dəyəri 37,9 trilyon ABŞ dollarıdır. 

Azərbaycanca

Yaponiya əhalisinin koronavirusa qarşı pulsuz vaksinasiyasını planlaşdırır

Yaponiya hakimiyyəti ölkənin bütün vətəndaşlarının pulsuz vaksinasiyasını təşkil etmək niyyətindədir.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »