Müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb.
Müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb.
Bu gün "Azərbaycan Hava Yolları"QSC ( AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili aviareysləri bərpa edir.
Qeyd edilən reyslərə 2-ci Terminalda xidmət göstərilir.
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank ölkədə fəaliyyət göstərən kiçik və orta bizneslərinin inkişafı üçün tələb olunan vəsaitlərin sürətli əldə olunmasını təklif edir.
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb. Bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.
2006-cı ildə iki Harvard professoru niyə işlərimizi daha sonraya buraxdığımızı araşdırmağa başladı. Nəticələr yaxşı olsa belə, işlərimizi niyə təxirə salırıq?

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 16-na nisbətən 4 milyon ABŞ dolları və yaxud, təxminən, 12,9% azalaraq 26,9 milyon ABŞ dolları təşkil edib.
Ölkəmizin ilk kommersiya banklarından biri olan “Expressbank” Yasamal filialını yeni ünvanda müştərilərinin xidmətinə təqdim etdi. İndi Yasamal filialı, daha rahat ünvanda, daha geniş interyeri və müasirliyi ilə diqqət çəkir. Filial həm biznes, həm pərakəndə bankçılıq istiqamətində müxtəlif bank xidmətləri təklif edir. Biznesini genişləndirmək istəyən kiçik və orta sahibkarlar, həmçinin iri biznes sahibləri müraciət edərək sərfəli kredit şərtlərindən yararlana bilərlər.
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2 003,8 manat təşkil edib.
Bu göstərici dövlət sektorunda 1 732,8 manat, özəl sektorda isə 2 067,1 manat olub.
Bakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVİD -19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır.
Malların, məhsulların tədarük olunması, o cümlədən kənd təsərrüfatı məhsullarının tədarük olunması və sonradan emal olunaraq satılması və ya emal olunmayaraq satılması, əlvan metal tullantılarının tədarük olunaraq emal olunması kimi fəaliyyətlərin rəsmiləşdirilməsi ilə bağlı vergi ödəyicilərində bir sıra suallar yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.