Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ili 111,5 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 29 % azdır.
12 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 474,9 milyon manat (illik müqayisədə 8,35 % çox), əməliyyat xərcləri 242,1 milyon manat (37,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 107 milyon manat (66,4 % çox), gözlənilməz gəlirləri 1,7 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16 milyon manat (61,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 1 milyard 243,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,2 % çoxdur. Bunun 923,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 28,8 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 26,5 % artaraq 679,3 milyon manata, balans kapitalı isə 23,6 % artaraq 564,3 milyon manata çatıb.
report
