Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 32 mlrd. manata yaxınlaşıb | Banco.az

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 32 mlrd. manata yaxınlaşıb

2026-ci il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 31 milyard 946.7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, 2025-cü ilin yanvar ayının 1-i ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 9.1% və ya 2 milyard 658.5 milyon manat artıb.

Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 867.3 milyon manat, özəl banklar tərəfindən 22 milyard 195.7 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 883.7 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 30 milyard 63 milyon manata bərabər olub ki, bunun da 1milyard 106.3 milyon manatı biznes kreditləri, 9 milyard 354.2 milyon manatı istehlak kreditləri, 4 milyard 602.5 milyon manatı isə ipoteka kreditləri olub.

apa