Banco.az | Tezliklə

"Standard Insurance"in rəhbərliyi dəyişib

"Standard İnsurance" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Şirkətdən verilən məlumata görə, söhbət Kamran Bağırovdan gedir.

O, "Standard İnsurance"də 2002-ci ildən işləyir, indiyə qədər şirkətin İH-nin sədr müavini olub. K.Bağırov yeni vəzifəsində Aydın Rəhmanovu əvəz edib.

Azərbaycanca

Gömrükdən külli miqdarda aksesuar müsadirə edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Azərbaycanca

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən verilən məlumata görə, hərracda tələb 65 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil edib.

Azərbaycanca

Ölkədə fiskal siyasətin müstəqil qiymətləndirilməsi aparılacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Avropa İttifaqının TAİEX Proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda tədqiqat layihəsinə başlayır. Bu barədə "Banco.az"a Mərkəzdən məlumat verilib.

Azərbaycanca

Bankların xarici öhdəlikləri azalıb

"Banco.az" xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2016-cı il oktyabrın 1-nə 6 358 mln. manat təşkil edib. 

Azərbaycanca

Azərbaycanda əhalinin dollara tələbatı yenidən artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 65,668 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.

Azərbaycanca

Televiziya və Radio Gününü qeyd edən banklarımız

İnternetin həyatımıza girməsindən çox-çox əvvəl televiziya və radio həyatımızın əsas hissəsinə çevrilmişdi. İnformasiya axımının surətlə yayılmasında bu iki vasitəni gözardı olmaz.

Azərbaycanca

Rusiyada dolların məzənnəsi 64 rublu ötüb

Rusiyada ABŞ dollarının məzənnəsi sentyabrın 28-dən sonra ilk dəfə olaraq 64 rubl həddini keçib. Buna səbəb dolların beynəlxalq valyuta bazarlarında avro ilə müqayisədə bu gün səhər saatlarında 0,7% möhkəmlənməsi, neft qiymətlərinin kəskin ucuzlaşaraq 45 dollara qədər enməsi və Türkiyədə milli valyuta - lirənin kəskin ucuzlaşmasıdır. 

Azərbaycanca

Daha 100 dövlət əmlakı özəlləşdirilir

Dekabrın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb.

Komitədən verilən məlumata görə, bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir.

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırdı

Son günlər Azərbaycan Beynəlxalq Bankının bir çox bankomatlarında vəsaitin olmaması səbəblərinə aydınlıq gətirilib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »