Ötən il Azərbaycanda BOKT-lar 111 mln. manatdan çox xalis mənfəət əldə ediblər | Banco.az

Ötən il Azərbaycanda BOKT-lar 111 mln. manatdan çox xalis mənfəət əldə ediblər

2025-ci ildə Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 111.5 milyon manat xalis mənfəət, 232.8 milyon manat məbləğində isə əməliyyat mənfəəti əldə ediblər.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, illik müqayisədə BOKT-ların xalis mənfəəti 29%, əməliyyat mənfəəti isə 11.2% azalıb.

    Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 176.7 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15.6azdır.

    Qeyd edək ki, 2025-cildə BOKT-ların aktivləri əvvəlki illə müqayisədə 25.2% artaraq 1 milyard 243.6 milyon manat, öhdəlikləri isə 26.5% artaraq 679.3 milyon manat təşkil edib.

    2025-ci yanvar ayının 1-nə BOKT-ların cəmi kapitalı 564.3 milyon manat olub ki, bu da illik müqayisədə 23.6% çoxdur.

    Xatırladaq ki, 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda 54 BOKT fəaliyyət göstərir.