Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 20302,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Qeyd edilib ki, hesabat ili ərzində dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 59,1 faizini və ya 12006,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,4 faizini və ya 6369,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 679,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 5,9 faizini və ya 1200,8 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 46,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.
2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya 8,9 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icra olunub.
