Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə ötürülən təbii qazın həcmi 3 mlrd. kubmetri ötüb. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O bildirib ki, Türkiyə 2020-ci il iyun aynın sonlarından etibarən illik 6 mlrd. kubmetr həcmində təbii qaz almağa başlayacaq. Türkiyəyə oktyabr ayının sonuna qədər 3,08 mlrd. kubmetr həcmində təbii qaz çatdırdıq.
Sabahın rəsmi məzənnəsi
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumata əsasən, 08.11.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Ölmüş qadının soyuducusundan xəzinə çıxdı
İngiltərədə mərhumun evindən XVI əsrə aid daş-qaş tapılıb.
Belə ki, ölən ingilis qadının nəvələri onun evində çox qiymətli əşyalar ola biləcəyini deyiblər. Mənzilə baxış üçün onlar auksionçu Pippa Kidson-Triqqi dəvət ediblər.
Mərkəzi Bankda maliyyə savadlığı üzrə DOST Agentliyinin könüllülərinə sertifikatlar təqdim edilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin oktyabr ayından başlayaraq maliyyə maarifləndirilməsi çərçivəsində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin könüllüləri üçün geniş təlimlər təşkil edilmişdir.
PAŞA Bankın nümayəndələri "Ticarətin maliyyələşdirilməsi" təlimində iştirak etdilər
6 noyabr 2019-cu il tarixində PAŞA Bank və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Ticarətin Maliyyələşdirilməsi" mövzusunda seminar keçirildi.
Ədliyyə Nazirliyi yeni xidmət yaradır
“Hazırda Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin yeni xidmətlərinin yaradılması istiqamətində işlər gedir”.
İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqladı
İngiltərə Mərkəzi Bankı (BoE) növbəti faiz qərarını açıqladı.
BoE dəyişikliyinə getməyərək faizi 0.750 səviyyəsində sabit saxlayıb.
marja
AQTA qida sahəsində çalışan sahibkarlara müraciət etdi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha müraciət edərək bildirir ki, qida sahəsində həyata keçirilən auditlər – reydlər, yoxlamalar, idxal-ixrac, baytarlıq və fitosanitar şəhadətnamələr, sertifikatlar, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləşmə prosesi zamanı istənilən qanunsuz tələblər, yaxud sui-istifadə halları ilə rastlaşdıqda öz qanuni mənafelərini müdafiə etməklə vətəndaş
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Türkiyə nümayəndələri ilə görüş keçirildi
7 noyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun sədri Mehmet Selim Bağlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya İxrac Mərkəzi Azərbaycanla əməkdaşlıq çərçivəsində 8 layihəyə maliyyə dəstəyi verib
2019-cu ilin birinci yarısında Rusiya İxrac Mərkəzi (RİM) ASC vasitəsilə Azərbaycan Respublikasına dəstəklənən ixracatın həcmi təxminən 200 milyon ABŞ dolları təşkil edib və bu istiqamətdə artan dinamika müşahidə olunur. Bu barədə "Report"a RİM-in Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, 2018-ci ildə RİM tərəfindən dəstəklənən ümumi ixrac həcmi 283 milyon ABŞ dolları olub.