Müəllif: Gülnar Əhmədli, Banco.az
Almaniya bu ilin yanvar-may aylarında Azərbaycandan 293 milyon 886 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 milyon 477 min dollar və ya 17.1% azdır.
Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 23% azalaraq 440 min 731 ton olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Almaniyanın Azərbaycandan neft idxalının dəyəri 354,4 milyon dollar, həcmi isə 572,2 min ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!