Mərkəzi Bank: Xüsusi tənzimləmə rejimi ilə bağlı 21 müraciət dəyərləndirilir | Banco.az

Mərkəzi Bank: Xüsusi tənzimləmə rejimi ilə bağlı 21 müraciət dəyərləndirilir

Xüsusi tənzimləmə rejimində virtual aktivlər, ödəniş xidmətləri, eləcə də sığorta sektoru və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı ümumilikdə 21 müraciət daxil olub.

Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin qiymətləndirilməsi həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

    Xatırladaq ki, Mərkəzi Bank tərəfindən yaradılan xüsusi tənzimləmə rejimi maliyyə institutları və FinTech təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarəti altında real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır.

    apa

    Ən sərfəli krediti almaq üçün müraciət et