“Kontakt”ın “Super günlər”ində -70%-dək endirim olacaq – YALNIZ 3 GÜN | Banco.az

“Kontakt”ın “Super günlər”ində -70%-dək endirim olacaq – YALNIZ 3 GÜN

“Kontakt” mağazalar şəbəkəsinin böyük tələb görən “Super günlər” kampaniyası isti yay günlərində yenidən cibinizi sərinlətməyə gəlir! Şəbəkənin bu gündən başlayan kampaniyasında ən kiçikdən ən böyük avadanlığa qədər hər növ məhsula -70%-dək endirimlər var.

Kampaniya müddətində həm də istədiyiniz məhsulun nağd alış - endirimli qiymətini 6 aya bölüb, ödənişini isə hissə-hissə edə bilirsiniz.

İyulun “Super günlər”ində sizə nələr, hansı qiymətə təklif olunur?

  • Net 230 manat endirimlə smartfon: Zamanın hamı üçün dəyərli olduğu bu dövrdə hələ də zəif işləyən smartfonunuza baxa-baxa qalmısınız ki, yüksək parametrli modellər bahadır? Net 230 manat endirimlə 550 manata 256 Gb daxili yaddaş, 8 Gb operativ yaddaş, Amoled ekran, 5G şəbəkə və daha çox müasir funksiyalar hamısı bir modeldə -  Poco X6 smartfonunda
  • “Toshiba” televizoruna 510 manat endirim: Yorğun iş günündən sonra ailəvi film izləmək yaxşı bir istirahət fikri ola bilər. Qonaq otağınızı şəxsi kinoteatra çevirmək üçün sizə sadəcə 850 manat lazımdır, geri qalan işləri isə Toshiba televizoru öz üzərinə götürür. Çünki 50 düymlük böyük ekranı, heyrətamiz 4K görüntüsü və smart texnologiyası ilə Toshiba televizoru bu işdə əsl sənətkardır.
  • 450 manat endirimlə “Samsung” paltaryuyanı: Hələ də “paltar yumaq” sözü yaddaşınızda əziyyətli bir iş kimi qalıbsa, Samsung paltaryuyanının rahatlığı ilə tanış olmaq vaxtıdır. 6 kq-lıq Samsung paltaryuyanı qənaətcil yuma prinsipi və uşaq kilidi xüsusiyyəti ilə həm büdcənizi, həm də övladınızı qoruyur. Paltaryuyana “Smart Check” funksiyası ilə telefonda nəzarət etmək də mümkündür. Siz də sadəcə  550 manat ödəməklə bu funksionallıq və rahatlığı evinizdə yaşaya bilərsiniz.
  • -70% endirimli “Ardesto” elektrikli çaydanı: Ən şirin söhbətlər çay süfrəsində olur. Amma, bu söhbətlər ocaq başında suyun qaynamağını gözləməklə, tez-tez çayları yeniləməklə yarıda qala bilir. Siz xoş anlardan geri qalmayın, tam -70% endirimlə 15 manata Ardesto elektrikli çaydanını alın. 2,2 litr geniş tutuma və 1500 Vt gücə malik bu çaydan ilə dəqiqələr içində həm isti içkiniz, həm də siz masa başında olacaq.
  • “Schafer” yemək dəsti -50% endirimdə: Sevilən qonaqlıqlardan sonra danışılan iki məqam olur: yeməklər və qab-qacaq. Dadı damaqda qalan təamlarınız kimi yemək dəstiniz də ağıllarda qalmalıdır. Schaferin 12 nəfərlik 60 parçadan ibarət yemək dəsti farfor materialı və incə naxışları ilə bir görənin bir də ağlından çıxmayacaq. Tam-tamına -50% endirimlə 600 manata olan bu dəsti alıb illərin sınağından keçirməyə dəyər.

Bu fürsətlər say-say bitməz, “Super Günlər” isə iyulun 7-si bitir…Odur ki, bu yayın ən sərfəli təkliflərini öz gözlərinizlə görmək üçün 30,000-dən çox məhsul çeşidi olan Kontakt” mağazalarına və ya kontakt.az saytına tələsməyiniz məsləhətdir.

Ən sərfəli kredit üçün müraciət et

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et