“Samsung” II rübdə mənfəətini 13 dəfə artıra bilər | Banco.az

“Samsung” II rübdə mənfəətini 13 dəfə artıra bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung”un II rübdə mənfəətini 13 dəfə artıracağı gözlənilir.

Banco.az xəbər verir ki, dünyanın ən böyük yaddaş çipləri, smartfon və televizor istehsalçısı olan “Samsung Electronics” ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətini nəzərəçarpacaq dərəcədə artırmağa hazırlaşır.

Bu artım əsasən yaddaş çiplərinin qiymətlərinin bərpasına təkan verən süni intellekt (AI) texnologiyasına güclü tələbatla əlaqələndirilir.

Analitiklərin “SmartEstimate” hesablamalarına görə, Cənubi Koreyalı şirkətin əməliyyat mənfəəti iyunun 30-da başa çatan rübdə 8,8 trilyon vona (6,34 milyard dollar) yüksəlib. Bu göstərici 2022-ci ilin üçüncü rübündən bəri şirkətin ən yüksək mənfəəti kimi diqqət çəkir.

Ən sərfəli kredit üçün müraciət et

Texnologiya nəhənginin yarımkeçiricilər departameninin fəaliyyəti ardıcıl rüblər ərzində təkmilləşib. Xüsusilə süni intellekt çiplərində və məlumat mərkəzi serverlərində istifadə edilən yüksək keyfiyyətli Dram çiplərinin qiymətlərinin artması bu prosesə mühüm töhfə verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et