Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin yanvar-may aylarında 4 905.9 ton çay istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 11% artıb.
Məlumata görə, 1 iyun tarixinə ölkədə hazır məhsul ehtiyatı 97.3 ton olub.
Qeyd edək ki, bu ilin ilk 5 ayında ölkədən 2.7 milyon dollar dəyərində 292.2 ton çay ixrac edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!